21.6 C
Baku
Şənbə, Sentyabr 18, 2021

“Morgan Stanley” peyvənd olunmamış işçiləri və müştəriləri ofisə buraxmayacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Amerikanın “Morgan Stanley” bankı peyvənd olunmamış işçilərə və müştərilərə ofisə daxil olmağı qadağan edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İşçilərə göndərilən məktuba əsasən, peyvənd olunmamış işçilər distant rejimdə çalışacaqlar.

“İyulun 12-dən etibarən işçilərdən, müştərilərdən və ziyarətçilərdən “Morgan Stanley” binalarına girmək peyvənd olunmaq tələb olunacaq”, – deyə məktubda deyilir. Eyni zamanda bank peyvənd olunmuş işçilər üçün əlavə bölmələr yaratdığını və bunun “məhsuldarlığı artırmağa və əməkdaşlığı gücləndirməyə” kömək etməli olduğunu qeyd edib.

“Financial Times”ın vurğuladığı kimi, “Morgan Stanley” Amerikanın böyük bankları arasında ən sərt siyasət yürüdür. Məsələn, “Goldman Sachs”da işçilərdən peyvənd olunma barədə məlumat vermək, maska taxmaq və sosial məsafə saxlamaq tələb olunur.

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər