“Morgan Stanley Real Estate Fund VII” fondu Rusiyanın Sankt-Peterburq şəhərindəki “Qalereya” obyektinin 50%-ni satır, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir. İnvestisiya bankı “Morgan Stanley” alqı-satqı əməliyyatının təfərrüatlarını açıqlamaqdan imtina edib.
Qeyd edək ki, “Qalereya” – “Morgan Stanley”in Rusiyada daşınmaz əmlak sahəsində sahib olduğu son aktivdir. Mütəxəssislərin hesablamalarına görə, hazırda bu obyektin qiyməti 45-50 milyard rubl təşkil edir. Beləliklə, potensial alış təxminən 20-25 milyard dollara başa gələcək.
Mənbənin yazdığına görə, alıcı milyarderlər Ponomarenko və Skoroboqatkoya məxsus “TPS Real Estate” ola bilər.







