20 C
Baku
Friday, November 1, 2024

Morgan Stanley: Trumpın “and içməsindən” sonra fond bazarları çökə bilər

Donald Trumpın ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlməsi fond bazarında ən nəhəng rallilərdən birinə təkan vermişdi. Lakin Morgan Stanley analitikləri belə bir təhlükədən xəbər verirlər ki, Donald Trumpın and içmə mərasimindən sonra bu artıma son qoyula bilər.

Çərşənbə axşamı S&P 500 indeksi 1% artdı. Beləliklə, 8 noyabr tarixindən bu günə qədər artım 6% təşkil edir.

Bankın verdiyi məlumatda deyilir ki, amerikan səhmlərinin hazırda olduğu bu rekord səviyyə yaxşı haldır, lakin 20 yanvar tarixində Trumpın prezident səlahiyyətlərini icra etməyə başlaması səhmlər üzrə pozisiyaları məhdudlaşdırmaq üçün ideal zaman olacaq.

Bankın analitikləri bildirir ki, S&P 500 indeksi 2017-ci ili 2300 punkt səviyyəsində, yəni indiki göstəricidən cəmi 2% yüksəkdə başa vuracaq.

Bloomberg agentliyinin həyata keçirdiyi sorğuda iştirak edən 15 analitik isə ümumi göstəricini 2,356 səviyyəsindən aşağı qiymətləndirib.

Morgan Stanley bankının gözləntisinə görə, bazarda müşahidə edilən növbəti addım enmə olacaq.

Son xəbərlər
Digər xəbərlər