24 C
Baku
Saturday, July 5, 2025

“Morgan Stanley” və “Goldman Sachs” bir gündə 19 mlrd. dollarlıq səhm satıblar

“Goldman Sachs” və “Morgan Stanley” cümə günü 19 milyard dollarlıq səhm satıblar ki, bu da bəzi Çin texnologiya şirkətlərinin ucuzlaşmasına səbəb olub.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Treyderlər aktivlərin ləğvinin arxasında nə dayandığını və Uoll-Strit banklarının hansı gizli məlumatlara sahib olduqlarını təxmin edirlər.

“Bloomberg”in verdiyi məlumata görə, “Goldman Sachs” “Baidu”, “Tencent Music Entertainment Group” və “Vipshop Holdings” kimi şirkətlərdəki 6.6 milyard dollarlıq payını ləğv edib. Bundan sonra bank “ViacomCBS”, “Discovery”, “Farfetch”, “iQiyi” və “GSX Techedu” səhmlərini 3.9 milyard dollara satıb.

Cümə günü səhər saatlarında “Morgan Stanley” 4 milyard dollar, günortadan sonra isə daha 4 milyard dollarlıq səhm satıb. Əvvəlcə bank investorlara fərdi səhmləri seçməyə imkan versə də, sonra treyderlərlə “hər şey və ya heç bir şey” formatında sövdələşmələrə başlayıb.

Agentlik qeyd edir ki, kütləvi sövdələşmələr (çox sayda səhmlərin birja xaricində razılaşdırılmış qiymətə satılması) – geniş yayılmış haldır, lakin onların miqyası və sayı – yox. Qeyri-adi satış nəticəsində Çinin texnologiya nəhəngləri və Amerikanın media konqlomeratları dəyərlərinin 35 milyard dollarını itiriblər.

“İyirmi beş illik karyeramda belə bir şey hələ görməmişəm”, – deyə İsveçrənin “Bellevue Asset Management AG” şirkətinin meneceri Mişel Keuş söyləyib.

Məlumatlı mənbələr səhmlərin satışının keçmiş “Tiger Management” analitiki Bill Hvan tərəfindən qurulan “Archegos Capital Management” fondu ilə əlaqəli bir neçə iri investisiya bankı tərəfindən həyata keçirildiyini qeyd edirlər. “CNBC” bildirir ki, söhbət “Archegos Capital Management” fondunun tutduğu mövqeyin məcburi şəkildə ləğv edilməsindən gedir.

Son xəbərlər
Digər xəbərlər