8 C
Baku
Monday, November 18, 2024

“Morgan Stanley”in rəhbəri ilin sonunda bankı tərk edəcək

“Morgan Stanley”in İdarə Heyətinin sədri və yaxın vaxtlara qədər CEO-su Ceyms Qorman (James Gorman) bu ilin sonunda şirkətdən ayrılmaq niyyətində olduğunu açıqlayıb.

Cənab Qormanın yerinə kimin keçəcəyi hələ açıqlanmayıb. Bununla belə, bu, çox güman ki, yanvarda onu icraçı direktor kimi əvəz edən Ted Pik olacaq.

Ceyms Qorman 2006-cı ildən “Morgan Stanley”də işləyir və əvvəlcə aktivlərin idarə edilməsi biznesinə rəhbərlik edirdi. 2010-cu ildə o, qlobal maliyyə böhranından sonra dağılmaq ərəfəsində olan bankın idarəçiliyini öz üzərinə götürüb. Cənab Qorman investisiya bankçılığı bölməsinin fəaliyyətini qurmağa, habelə nağd pulların idarə edilməsi əməliyyatlarının həcmini əhəmiyyətli dərəcədə artırmağa nail olmuşdur.

Keçən ay “Morgan Stanley” FED-in hələ də yüksək faiz dərəcələri fonunda aktivlərin idarə edilməsi, qiymətli kağızlar ticarəti və investisiya bankçılığı bölmələrindən əldə etdiyi güclü nəticələrin köməkliyi ilə birinci rübdə illik mənfəətinin 14% artaraq 3.4 milyard dollara çatdığını bildirib.

Son xəbərlər
Digər xəbərlər