Elm hər dəfə bizim insan təbiətinin imkanları haqqında olan təsəvvürlərimizin sərhəddinin aşılması faktı ilə qarşılaşır. Belə bir fakt Fransadan olan yəhudi oğlan Moşe Piru ilə də baş vermişdi. Onun ailəsi – anası, kiçik qardaşı və bacısı İkinci dünya müharibəsi zamanı, daha dəqiq desək 1942-ci ildə girov olaraq façistlərin əlinə keçirlər. 9 yaşından 11 yaşına qədər əsirlik həyatı yaşayan Moşe iki il Berqen-Belzen hərbi düşərgəsində qalmalı olur. Bu andan etibarən o Osvensima düşmüş anasının izini itirir.
Bu kiçik oğlanın onu xilas edən təbii və iradə gücü olmasaydı biz onun və ailəsinin başına gəlmiş faciə haqqında məlumata sahib olmayacaqdıq. Bu kiçik qəhrəmanın dəfələrlə qaz kamerasına ölüm ardınca göndərilməsini soyuqqanlılıqla oxumaq mümkün deyil. Moşe adlı bu kiçik qəhrəman hər dəfə inanılmaz əzablar çəksə də, ətrafındakı insanların necə həlak olduğunun şahidi olsa da bütün gücünü toplayaraq həyatdan iki əlli yapışır. Nə qədər inanılmaz olsa da, Moşe 6 dəfə qaz kamerasından sağ olaraq çıxmağı bacarır. O əsl cəhənnəm əzabını yaşayaraq sağ qalır. Lakin o faciə haqqında xatirələr ona indinin özündə də əzab verir. Moşe Piru dünya ictimaiyyətinə müraciətlə bildirmişdi ki, belə bir faciə, belə bir vəhşilik ikinci dəfə təkrarlanmamalıdır.









Comments are closed.