Rusiyanın paytaxtı Moskvadakı Vnukovo və Domodedovo beynəlxalq hava limanları fəaliyyətini tam bərpa edib.
Bu barədə TASS-a istinadən xəbər verilir.
Məlumata görə, Vnukovo aeroportu bu gün yerli vaxtla saat 02:22-dən 03:30-dək, Domodedovo aeroportu isə 02:25-dən 03:32-dək bağlı olub, sonradan onların işi qismən bərpa olunub. Hazırda hava limanları normalı rejimdə fəaliyyət göstərir. Fasiləyə səbəb Moskva vilayətinin İstra rayonuna pilotsuz uçuş aparatının (PUA) hücumu olub.