5 C
Baku
Tuesday, January 31, 2023

Moskva aeroportlarında ilk dəfə terror təhlükəsinin maksimum səviyyəsi tətbiq edilib

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında ilk dəfə olaraq terror aktları təhlükəsinin maksimum, yəni üçüncü səviyyəsi tətbiq edilib.

Bu barədə məlumat Rusiyanın Nəqliyyat Sahəsinə Nəzarət üzrə Federal Xidmətin (“Rostransnadzor”) aviaşirkətlərə və hava limanlarına ünvanladığı məktubda qeyd olunub.

Məlumata görə, noyabrın 10-dan Moskvanın “Şeremetyevo”, “Domodedovo” və “Vnukovo” hava limanlarında terror aktları təhlükəsinin üçüncü səviyyəsi tətbiq edilib.

Bildirilir ki, hava limanları əlavə təhlükəsizlik tədbirləri görməlidirlər.

Bununla yanaşı, Sankt-Peterburqun “Pulkovo” hava limanında da üçüncü təhlükəsizlik səviyyəsi elan olunub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər
X