Moskvanın Domodedovo, Jukovski və Vnukovo hava limanlarında “Xalça” planı tətbiq edilib.
Bu barədə “112” teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb.
Bütün təyyarələr Şeremetyevo hava limanına yönləndirilib.
Qeyd edək ki, “Xalça” planı qeyri-qanuni sərhəd keçidləri zamanı və hava məkanında naməlum obyektlər görünəndə elan edilir. Plan bütün mülki təyyarələrin dərhal enişini və ya ərazidən çıxarılmasını nəzərdə tutur. İstisna yalnız xilasetmə və hərbi təyyarələrə aiddir.