14 C
Baku
Saturday, November 23, 2024

Moskva birjasında dollar və avro rubla qarşı son bir ilin maksimumuna çatıb

İyulun 4-də günortadan sonra dollar və avronun məzənnəsi son bir ilin maksimumunu yeniləyib. Moskva birjasında ABŞ dolları 90 rubl və avro isə 98 rubla çatıb.

Banker.az RBK-ya istinadən xəbər verir ki, bu, 2022-ci ilin mart ayının sonundan bəri ən yuxarı göstəricidir.

Çin yuanının qiyməti isə 1.51% bahalaşmaqla 12.520 rubl təşkil edib.

Bunu Rusiya Mərkəzi Bankının sədrinin I müavini Kseniya Yudayeva bildirib ki, rublun məzənnəsinin zəifləməsi əsasən xariclə ticarət balansının azalması ilə bağlıdır.

“Biz əsas amilləri əvvəlki qaydada müəyyənləşdiririk – bu, ticarət balansıdır. Bir neçə gün əvvəl tədiyyə balansı ilə bağlı məlumatlar dərc olundu, biz cari balansda ötən illə müqayisədə xeyli azalma görürük”- deyə, Mərkəzi Bankın sədrin I müavini deyib.

Onun sözlərinə görə, bu, xammalın qiymətlərinin aşağı düşməsi nəticəsində ixrac gəlirlərinin azalması və iqtisadi artım fonunda idxalın bərpası ilə bağlıdır. Lakin bildirib ki, Mərkəzi Bank hazırkı vəziyyətdə maliyyə sabitliyi üçün heç bir risk görmür.324242342423

Son xəbərlər
Digər xəbərlər