28 C
Baku
Saturday, July 27, 2024

“AZAL”ın Moskva-Gəncə reysini yerinə yetirən təyyarəsi Gəncəyə yola düşüb – Yenilənib

17:49

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən və əlverişsiz hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən təyyarəsi saat 17:19-da Gəncəyə yola düşüb.

***

16:11

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

Son xəbərlər
Digər xəbərlər