Noyabrın 14-ü bazar ertəsi Rusiyanın Moskva şəhərinin hava limanlarında 20-dən çox reys təxirə salınıb və ya ləğv edilib.
Belə ki, Şeremetyevo hava limanında beş reys gecikib, daha üç təyyarənin uçuşu ləğv edilib. Vnukovo aeroportunda üç reys gecikib, daha bir uçuş ləğv olunub. Domodedovo hava limanında səkkiz reys gecikib, biri ləğv edilib.
Jukovski aeroportu ilə bağlı hazırda məlumat yoxdur. Hava limanlarının qrafiklərinin dəyişdirilməsinin səbəbləri açıqlanmır.