Moskva Türkiyə şirkətlərinin Rusiyada uzunmüddətli qalması və sərfəli investisiya yatırımı ilə bağlı Ankara ilə danışıqlar aparır.
Banker.az xəbər verir ki, bu barədə Rusiya Ticarət Mərkəzləri Şurasının sədri Dmitri Moskalenko bildirib.
“Türkiyə Rusiyanın idxalında mühüm ölkədir. Rusiyadan çıxan brendlərin türk markaları ilə əvəzlənməsi üçün danışıqlarla yeni mərhələyə qədəm qoyuruq. Bu payızda Rusiyanın hər yerində 420 futbol meydançasına bərabər 3 milyon kvadratmetr ərazinin boşalacağını proqnozlaşdırırıq. Hələ Rusiyada olmayan türk brendləri üçün biz Moskvadan başlayaraq ən yaxşı ticarət mərkəzlərini təqdim etmək imkanı təklif etdik”, – deyə “Huriyyet” Moskalenkonun sözlərindən sitat gətirib.
O əlavə edib ki, rusiyalı istehlakçılar türk brendlərinə çox isti münasibət bəsləyirlər.
Sözügedən nəşr bildirir ki, son aylar ticarət mərkəzlərində türk brendləri ilə rusiyalı investorlar arasında danışıqlar intensivləşib.