“Ukrayna və Qərb tərəfdaşları Rusiyanın ölkəmizin təhlükəsizliyinin qarantına çevrilməsi ehtimalını nəzərdən keçirmir”.
Bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib.
O, qeyd edib ki, Rusiya tərəfi özü Ukraynanın təhlükəsizlik zəmanətçisi olmaq istəyib.
“Biz onlara təklif etməmişik, bunu istəyən Rusiya idi. Amma təcavüzkar və eyni zamanda təhlükəsizliyin zəmanətçisi olmaq mümkün deyil. Borodyankadan sonra, Buçadan sonra nə biz, nə də tərəfdaşlarımız Rusiyanın bizə zəmanət verən ölkələr sırasında olması ehtimalını görmürük”, – Yermak qeyd edib.