Moskva və Kiyev Zaporojye Atom Elektrik Stansiyası (AES) ilə bağlı razılığa gəlib.
Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi bildirib.
Onun sözlərinə görə, Zaporojye AES-ə çıxışla bağlı razılaşma yaxındır: “Moskva və Kiyev yaxın günlərdə oraya missiya göndərilməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər”.
Qrossi onu da bildirib k, AEBA öz vəzifəsini Zaporojye AES-dəki insidentlərin qarşısını almaqda görür. O qeyd edib ki, Zaporojye AES-in demilitarizasiyası məsələsi AEBA missiyasının gündəliyində deyil və siyasi danışıqlarda həll edilməlidir.