2 C
Baku
Tuesday, January 20, 2026

Moskva Vaşinqtonla danışıqlara birbaşa hava əlaqəsinin bərpasını da daxil edib

ABŞ verdiyi vədlərə baxmayaraq, ələ keçirdiyi “Marinera” tankerinin heyətindəki iki rusiyalını hələ də azad etməyib.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ ilə Rusiya vətəndaşlarının azad edilməsi ilə bağlı razılıq əldə olunsa da, Vaşinqton hələ də rusiyalıları azad etməyib.

Lavrov ABŞ tərəfinin verdiyi vədləri yerinə yetirəcəyinə ümid etdiyini vurğulayıb.

Lavrov onu da bildirib ki, ABŞ hazırda Rusiya ilə diplomatik əmlak da daxil olmaqla, səfirlik əməliyyatlarının normallaşdırılmasını müzakirə etmək istəmir.

O əlavə edib ki, Moskva Vaşinqtonla danışıqlara birbaşa hava əlaqəsinin bərpasını da daxil edib.

Bununla belə, Lavrov ABŞ-ın Rusiyaya Ukraynada real nizamlama təklif edən yeganə ölkə olduğunu diqqətə çatdırıb.

O xatırladıb ki, Moskva bu təklifləri Ankoric sammitində qəbul edib və bu yanaşmaların qüvvədə qalacağına ümid edir.

Lavrov əlavə edib ki, Rusiya hələ də son bir neçə həftə ərzində ABŞ-ın Ukrayna və Avropa ilə danışıqlarının nəticələri ilə bağlı sənədləri almayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər