Moskvada antiterror əməliyyatı rejimi tətbiq edilib.
Banker.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
“Moskvada antiterror əməliyyatı rejimi tətbiq edilib. Bununla əlaqədar olaraq şəhərdə əvvəllər elan edilmiş kütləvi tədbirlər ləğv edilib. Bütün şəhər xidmətləri tam işləyir, şəhər ətrafında hərəkət davam edir. Baş verənlərə anlayış və sakit münasibət üçün moskvalılara və şəhərin qonaqlarına təşəkkür edirik”, – deyə o bildirib.