9 C
Baku
Sunday, March 3, 2024

Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başlayıb

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.

Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunur.

Qeyd edək ki, üçtərəfli danışıqlardan əvvəl C.Bayramovla S.Lavrov bir araya gəlib.

Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ilə yanaşı, Moskva və Bakı arasındakı münasibətlər və regional məsələləri müzakirə ediblər.

Son xəbərlər
Digər xəbərlər