18 C
Baku
Sunday, September 8, 2024

Moskvada azərbaycanəsilli iş adamlarına məxsus bazarda yanğın baş verib

Rusiyanın paytaxtı Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Sadovod” bazarında yanğın baş verib.

Hadisə barədə ilk məlumat Rusiyanın “Telegram” kanallarında dərc edilib.

Hələlik Rusiya Fövqəladə Hallar Nazirliyi insidentlə əlaqədar hər hansı məlumat verməyib.

Hadisə şahidlərinin məlumatında görə, yanğın bazardakı pavilyonlardan birində baş verib.

Qeyd edək ki, Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı azərbaycanəsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşşad” şirkətinə məxsusdur.

 

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər