14 C
Baku
Thursday, March 28, 2024

Moskvada bankdan 36 300 manat aparanlar axtarılır

Basqın zamanı zərər çəkən olmayıb.

Moskvanın cənubunda yerləşən Hərbi-sənaye bankı soyulub. Bu barədə bankın mətbuat xidməti xəbər verib.

Naməlum soyğunçuların banka basqın zamanı zərər çəkən və xəsarət alan olmayıb. Basqınçılar partlayışla hədələyərək bankdan 1,5 milyon rubl (36 300 manat ) götürüb. Polis faktla bağlı araşdırmalara başlayıb. Bankı qarət edənlərin axtarışları davam edir.

“Soyğunçuluq hadisəsi dünən gecə bankın Cənubi Butovo bölməsində olub. Ən vacib olan odur ki, heç kim zərər çəkməyib. Hücum vaxtı bankda müştərilər olmayıb, o anda ofisdə olan bankın dörd əməkdaşı zərər çəkməyib”, – deyə bankın mətbuat xidmətindən bildirib.

Banka girən silahlı şəxs
Banka girən silahlı şəxs

Bu ilin may ayında Rusiya paytaxtı Moskvada “Moskovskiy kredit”bankının 4 əməkdaşı naməlum şəxs tərəfindən girov götürülüb. Hadisə bankın Pervomayskaya küçəsində yerləşən filialında qeydə alınıb. Rusiya xüsusi xidmət orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində “Moskovskiy kredit” bankının ofisində 6 nəfəri girov götürmüş şəxs öldürülüb. Silahlı şəxs onunla danışıq aparmaq üçün banka girmiş mülki geyimli xüsusi xidmət orqanının əməkdaşı tərəfindən vurulub.

Bankın ofisində girov saxlanılan bütün insanlar azad edilib. Moskvanın şərqində Moskva kredit bankının əməkdaşlarını girov götürən şəxs 4,7 milyon rubl və 13 min avro tələb edirmiş. /ANS Press

Son xəbərlər
Digər xəbərlər