Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.
Görüş Rusiya XİN-in Qəbullar Evində keçirilir.
Görüşün protokol hissəsi mətbuat nümayəndələri üçün açıq olub.
***
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşündə Laçın yolundakı vəziyyət müzakirə olunub.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı qeyd edib ki, bugünkü görüşdə Laçın yolundakı vəziyyət və Qarabağdakı filiz yataqlarının işlənməsi ilə bağlı məsələlər müzakirə edilib.