19 C
Baku
Friday, May 3, 2024

Ceyhun Bayramovun Lavrovla müzakirə etdiyi məsələlər açıqlanıb – Yenilənib

16:27

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müzakirə etdikləri məsələlər açıqlanıb.

Azərbaycan XİN-dən bildirilib ki, dekabrın 5-də C.Bayramov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində S.Lavrovla görüşüb.

Görüş zamanı, Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu, ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin və separatçı rejiminin mövcudluğuna son qoyulduqdan sonra sülh sazişinin razılaşdırılması üçün şərait yarandığını vurğulayıb. Eyni zamanda, normallaşmanın digər istiqamətlərindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin tərəfdarı olduğumuz diqqətə çatdırılıb.

Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

***

11:12

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.

Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə iki ölkə arasında münasibətlər, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması, eləcə də regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur.

Qeyd edək ki, bu gün Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bayramov-Lavrov danışıqları da məhz bu görüş çərçivəsində keçirilir.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər