Rusiya paytaxtında hərbi çağırışçıların yaşayış yerini müəyyən etmək üçün şəhərin videomüşahidə sistemindən istifadə edilir.
Bu barədə TASS-a Moskvanın hərbi komissarı, polkovnik Maksim Loktev məlumat verib.
O qeyd edib ki, vətəndaşların hərbi komissarlığa gəlməməsinin əsas səbəbi onların qeydiyyat yeri üzrə yaşamamaları, bu səbəbdən çağırış vərəqəsini təhvil verə bilməmələridir: “İndi Moskva meri Sergey Sobyaninin və Rusiya Daxili İşlər Nazirliyinin paytaxt üzrə baş idarəsinin dəstəyi ilə bu məsələyə böyük diqqət yetirilir”.