19 C
Baku
Wednesday, May 1, 2024

Moskvada dronların uçuşları qadağan edildi

Moskvada pilotsuz uçuş aparatlarının uçuşlarına icazələrin verilməsinə qadağa qüvvədədir, istisna yalnız əməliyyat xidmətləri və dövlət orqanları tərəfindən həyata keçirilən aviasiya işləri üçün edilir.

Bu barədə çərşənbə günü Moskva vilayətinin qubernatoru və hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Moskva vilayətinin operativ qərargahının 2023-cü ilin aprelində keçirilən iclasında pilotsuz uçuş aparatlarının Moskva vilayətinin ərazisi üzərində uçuşlarına icazə verilməsinin qadağan edilməsi barədə qərar qəbul edilib. İstisna yalnız əməliyyat xidmətləri və dövlət orqanları tərəfindən həyata keçirilən aviasiya işləri üçün edilib”, – məlumatda deyilir.

Bildirilir ki, qadağa artıq qüvvədədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər