Rusiya paytaxtında maska rejimi ləğv olunur.
Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
O, martın 15-dən etibarən qoruyucu maskalardan istifadə ilə bağlı tələbin ləğv olunduğunu açıqlayıb.
Qeyd edək ki, Moskvada ictimai yerlərdə COVID-19 pandemiyasının yayılması ilə əlaqədar qoruyucu maskalardan istifadə tələb olunurdu.