5 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Moskvada metrodakı kameralar sərnişinlərin əhvalını izləyəcək

Rusiyanın Moskva şəhərində metrodakı kameralar sərnişinlərin əhvalını izləyəcək.

Mk.ru xəbər verir ki, bu barədə Moskva Nəqliyyat Departamentinin rəhbəri Maksim Liksutov bildirib.

Onun sözlərinə görə, kameralar tibbi yardıma ehtiyacı olan sərnişinləri tapacaq.

Bir şəxs xəstələnsə, avtomatik olaraq həkim çağrılacaq. Sistem xüsusilə yaşlı moskvalılara diqqət yetirəcək.

Yaxın gələcəkdə xidmət avtomatlaşdırılacaq ki, kömək mümkün qədər tez gələ bilsin.

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər