Moskvada miqrantlar üçün şəxsi məlumatları və QR kodu olan xüsusi şəxsiyyət vəsiqələri tətbiq ediləcək.
Rusiya paytaxtında miqrantlar üzərində arayış şəklində yeni nəzarət tədbiri həyata keçiriləcək. Sənəddə bütün lazımi məlumatlar olacaq: tam adı, doğum tarixi, cinsi, vətəndaşlığı, imza nümunəsi, patentin nömrəsi və etibarlılıq müddəti.
Şəxsiyyət vəsiqəsi elektron çip və QR kodu olan plastik kartdır. Vəsiqədə QR kodun olması səbəbindən onu saxtalaşdırmaq mümkün olmayacaq – bütün məlumatlar Daxili İşlər Nazirliyinin serverlərində saxlanılacaq.
Yenilik polisə əcnəbinin identifikasiyasını sürətləndirməyə, həmçinin onun barmaq izi kimi məcburi prosedurları yoxlamağa kömək edəcək. Sənəd cinayət törətmiş miqrantların axtarışına da kömək edəcək. Vəsiqə Çoxfunksiyalı Miqrasiya Mərkəzində 14 yaşdan yuxarı bütün əcnəbilərə veriləcək.
Qeyd edək ki, dekabrın 1-dən Moskva hava limanlarında Belarus vətəndaşları istisna olmaqla, bütün əcnəbilər üçün biometrik nəzarət tətbiq olunacaq. Eksperimentin nəticələrinə əsasən qanunvericiliyə dəyişikliklər ediləcəyi bildirilib.