-1 C
Baku
Thursday, February 9, 2023

Moskvada Qırmızı Meydana giriş məhdudlaşdırılır

Moskvada Qırmızı Meydana giriş dekabrın 31-i Moskva vaxtı ilə saat 18:00-dan yanvarın 1-i saat 07:00-a qədər məhdudlaşdırılacaq.

Bu barədə Moskva Regional Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin mətbuat xidmətindən TASS-a bildirilib.

“31 dekabr 2022-ci il Moskva vaxtı ilə saat 18:00-dan 2023-cü il yanvarın 1-i Moskva vaxtı ilə saat 07:00-a qədər vətəndaşların Qırmızı Meydana, eləcə də İnqilab Meydanına və Manejnaya Meydanına girişi məhdudlaşdırılacaq”, – rəsmi məlumatda deyilir.

Həmçinin bildirilib ki, Moskvanın mərkəzindəki Tverskaya küçəsinə isə vətəndaşların keçidini məhdudlaşdırmaq nəzərdə tutulmayıb.

Son xəbərlər
Digər xəbərlər
X