6 C
Baku
Monday, December 16, 2024

Moskvada Qurban bayramı onlayn formatda keçiriləcək

Rusiya müsəlmanların ruhani İdarəsinin üləmalar Şurasının qərarı ilə bu il Moskvada Qurban bayramı onlayn formatda keçiriləcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Verilən məlumata görə, iyulun 20-də qeyd oluncaq Qurban bayramının möminlərin Moskva məscidlərində iştirakı olmadan keçirilməsinə qərar verilib.

“Rospotrebnadzor”un tövsiyələrinə, o cümlədən Moskva hökumətinin qərarına əsasən, yeni koronavirus infeksiyası təhlükəsi ilə əlaqədar olaraq, Moskvada Bayram namazı yalnız Baş məsciddə imamların, müəzzinlərin və müfti müavinlərinin iştirakı ilə qılınacaq. Digər məscidlərdə, eyni zamanda müsəlmanların yerli dini qurumlarında Bayram namazının qılınması tövsiyə olunmur”, – deyə Rusiya müsəlmanların ruhani İdarəsinin üləmalar Şurasının saytında qeyd olunur.

Müsəlmanların ruhani İdarəsinin sədri müfti şeyx Ravil Qaynuddinin xütbəsi “Rossiya-1” telekanalında yayımlanacaq.

Xatırladaq ki, iyulun 11-i Moskva şəhərinin meri Serqey Sobyanin koronavirusa yoluxma göstəricilərinin aşağı düşdüyünü açıqlayıb. Pandemiya başlayandan Moskvada 1.4 milyon insan koronavirusa yoluxub, onlardan 23.6 mini ölüb.

Son xəbərlər
Digər xəbərlər