6 C
Baku
Saturday, December 3, 2022

Moskvada Rusiya-Azərbaycan İdarələrarası Anlaşma Memorandumu imzalanacaq

Moskvada “Xəzər beşliyi” ölkələrinin – Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın rəsmi nümayəndə heyətlərinin iştirakı ilə II Xəzər İqtisadi Forumu işinə başlayır.

Rusiya mətbuatında yayılan xəbərə görə, Forum çərçivəsində tərəflər ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, ekologiya, enerji, nəqliyyat və logistika, enerji və turizm, şəhər infrastrukturu və sosial-humanitar sahələr üzrə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər.

Əsas diqqət “Xəzər regionu Böyük Avrasiya Tərəfdaşlığının bir hissəsi kimi: yeni çağırışlar və inkişaf perspektivləri”, “Xəzər beşliyinin enerji layihələri”, “Xəzər: Avrasiya nəqliyyat və logistika qovşağı”, “Xəzər regionu ölkələrinin turizm sahəsində əməkdaşlığı”, “Xəzər regionu qlobal iqlim gündəmində: çağırışlar, imkanlar, yanaşmalar” kimi mövzulara yönəlib.

Bundan əlavə, forum çərçivəsində Xəzəryanı ölkələrin Ticarət və Sənaye Palatalarının İşgüzar Əməkdaşlıq üzrə Beynəlxalq Şurasının iclası, Xəzər regionu ölkələrinin şəhər merlərinin və bələdiyyələrinin konfransı keçiriləcək. .

“Xəzər: Avrasiya nəqliyyat və logistika qovşağı” dəyirmi masası çərçivəsində nəqliyyat təhsili sahəsində Rusiya-Azərbaycan İdarələrarası Anlaşma Memorandumunun imzalanması gözlənilir.

Oktyabrın 6-da – sammitin ikinci günündə Xəzər İqtisadi Forumunun plenar iclası keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər
X