16 C
Baku
Thursday, May 2, 2024

Moskvada Rusiya-İran məsləhətləşmələri keçirilib

Mayın 10-da Moskvada beynəlxalq informasiya təhlükəsizliyi üzrə Rusiya-İran XİN-lərarası məsləhətləşmələri keçirilib.

Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Oleq Syromolotov, İran nümayəndə heyətinə isə həmkarı R.Nəcəfi başçılıq edib.

“Tədbirdə Rusiya və İranın maraqlı dövlət orqanlarının ekspertləri iştirak ediblər.

Dostluq şəraitində keçən danışıqlar beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinə yanaşmaların üst-üstə düşdüyünü, BMT Nizamnaməsinin prinsipləri əsasında bu sahədə əməkdaşlığın hüquqi prinsiplərinin gücləndirilməsinə qarşılıqlı istəyi nümayiş etdirib. Dövlətlərin suveren bərabərliyi prinsipinə uyğun olaraq informasiya məkanının təhlükəsizliyinin və sabitliyinin təmin edilməsinin diqqət mərkəzində olduğu qeyd olunub”, – deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər