8 C
Baku
Sunday, November 17, 2024

Moskvada Türkiyənin iştirakı ilə dördtərəfli danışıqlar keçiriləcək

Bazar ertəsi Rusiya, Türkiyə, Suriya və İranın XİN rəhbəri müavinləri arasında danışıqlar aparılacaq.

Artıq bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün Moskvaya gəliblər.

Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada apardığı danışıqlardan sonra qeyd edib ki, dördtərəfli görüşün əsas məqsədi “Türkiyə və Suriyanın baxışlarının yaxınlaşması” olacaq.
Öz növbəsində, Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ümid etdiyini bildirib ki, “çox mühüm strateji məqsədə – Suriya və Türkiyə münasibətlərinin normallaşmasına yönələn vasitəçilik missiyası uğurla bitəcək”.

Son xəbərlər
Digər xəbərlər