Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında bir sıra aviareys ləğv edilib və ya təxirə salınıb.
“Vnukovo” hava limanında 6 aviareys ləğv edilib, 9-u təxirə salınıb, “Domodedovo” hava limanında 4 reys ləğv edilib, 1 reys isə təxirə salınıb.
Bildirilir ki, “Şeremetyevo” hava limanında 22 aviareys ləğv edilib, 6 aviareys təxirə salınıb.
Aviareyslərin ləğv edilməsi və təxirə salınmasının səbəbi açıqlanmır.