25 C
Baku
Saturday, July 27, 2024

Moskvaya dronlarla hücum olub

İyulun 24-də səhər saatlarında Rusiyanın paytaxtına naməlum pilotsuz uçuş aparatları ilə hücuma olub.

Bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.

“112” xəbər verir ki, Moskvanın bir çox rayonlarının sakinləri partlayışlar barədə məlumat veriblər.

Şəhərin mərkəzində, Komsomolski prospektində dron qalıqları tapılıb.

“Mash”ın məlumatına görə, Rusiya Federasiyası Müdafiə Nazirliyinin yaxınlığında yerləşən binanın yaxınlığında PUA parçaları aşkar edilib.

Binanın şüşələri sınıb, hadisə yerinə təcili yardım briqadaları gəlib.

“Bu gün səhər saat 4 radələrində iki qeyri-yaşayış binasına pilotsuz uçan aparatlarının zərbələri qeydə alınıb. Ciddi dağıntı və tələfat yoxdur”, – Moskva meri Sergey Sobyani “Telegram” kanalında bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər