Rusiyanın paytaxtı Moskvaya dronlarla hücum olub.
Bu barədə mer Sergey Sobyanin “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, iki zərbə pilotsuz uçuş aparatı şəhərə daxil olmağa cəhd edib.
“Hər ikisi Hava Hücumundan Müdafiə Qvvələri tərəfindən vurulub. Biri Domodedovo bölgəsində, digəri Minsk şosesi tərəfdə. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur”, – deyə mer bildirib.