14 C
Baku
Saturday, November 16, 2024

“Moskviç” avtomobil zavodu işini bərpa edib

Rusiyanın “Moskviç” avtomobil zavodu işini bərpa edib.

Avtomobil zavodunda “Moskviç 3” şəhər krossoverinin seriyalı istehsalına başlanılıb.

Bu, uzunluğu 4410 mm, eni 1800 mm və hündürlüyü 1660 mm, təkər bazası 2620 mm və rahat erqonomik oturacaqlara malik geniş salona malik kompakt krossoverdir.

Model, CVT avtomatik transmissiya (variator) və ya altı pilləli mexaniki sürət qutusu ilə birləşdirilmiş benzin turbo mühərrik (1.5 l, 150 at gücü) ilə təchiz edilib.

Rusiyanın sənaye və ticarət naziri Denis Manturov “Moskviç-3” avtomobilinin satışına bu ilin dekabr ayından başlanacağını bildirib.

Qeyd edək ki, bu ilin may ayında Fransanın avtomobil istehsalçısı “Renault” özünün “Renault Rusiya” zavodunu Moskva hökumətinə satıb. Alqı-satqı başa çatdıqdan az sonra müəssisənin adı dəyişdirilərək “Moskviç” olub. Şirkətin planlarına əsasən, zavod dörd krossover, o cümlədən bir elektrik mühərrikli avtomobil və bir sedan istehsal edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər