İsrail Xarici Kəşfiyyat Xidmətinin (“Mossad”) keçmiş direktoru Yosi Koen qızının toyunda hədiyyə kimi aldığı 20 min dolları avstraliyalı milyarder Ceyms Pakerə qaytarıb.
Bunu “Haarets” qəzeti yazıb.
Məlumata görə, polisin apardığı istintaq zamanı “Mossad”ın hüquqi müşaviri Y.Koenin bu məbləğdə hədiyyəni qəbul etməsinə icazə verdiyini təsdiqləyib.
Bildirilib ki, “Haarets” bir il əvvəl Y.Koenin “Mossad” direktoru işlədiyi vaxt dostluq etdiyi Pakerdən qızının toyunda 20 min dolları nəğd şəkildə hədiyyə olaraq aldığı barədə xəbər dərc edib.
Y.Koen istefaya çıxdıqdan sonra hədiyyənin səmimi şəkildə verildiyini bildirib.
Məlumata əsasən, keçmiş direktorun qıznın toyu 6 il əvvəl olub.