İsrailin Baş naziri Benyamin Netanyahu general-mayor Roman Hofmanı ölkənin milli kəşfiyyat orqanı “Mossad”ın direktoru təyin edib.
Banker.az xəbər verir ki, bu barədə İsrailin hökumət başçısının administrasiyası məlumat yayıb.
Hofman bu postda beşillik səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatacaq David Barneanı əvəz edəcək.
Qeyd edək ki, Roman Hofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə valideynləri ilə birgə İsrailə repatriasiya edilib, 1995-ci ildə burada hərbi xidmətə çağırılıb. Daha sonra zabit kurslarını bitirib və diviziya səviyyəsinə qədər müxtəlif ordu bölmələrinə komandanlıq edib. 2022-ci ildə Quru Qoşunlarının Milli Təlim Mərkəzinin rəhbəri olub, 2024-cü ilin mayında isə Netanyahunun hərbi katibi təyin edilib.







