Geyim distribyutoru və satıcısı “Camilko” şirkəti Rusiyada “Mothercare”, “Victoria’s Secret” və digər brendlərin françayzinq hüquqlarına sahib “Monex Trading”in 99.99%-ni alıb.
Şirkətin digər 0.01% isə “Camilko” ilə əlaqəli Kiprdən olan hüquqi şəxs “Losford Trading Ltd”-yə satılıb.
Qeyd edək ki, “Monex Trading” Yaxın Şərqin pərakəndə satış şirkəti “Alshaya Group”a məxsusdur. İyun ayında o, Rusiyada bütün pərakəndə və onlayn mağazaların bağlandığını elan edib.
“Camilko”ya gəlincə o, Rusiyada lüks pərakəndə satış bazarının ən köhnə iştirakçılarından biridir. Şirkətin portfelinə “St-James”, “Salvatore Ferragamo”, “New Balance”, DKNY, “Juicy Couture”, “Timberland” və digər brendlər daxildir. Şirkətin Moskva, Sankt-Peterburq, Yekaterinburq, Soçi və Rostov-na-Donuda 150-dən çox mağazası var.