Bir insanın uğura nail olmağının səbəbi həm onun uğura nail olmaq istəyi, həm də uğursuzulq qarşısında qorxu ola bilər.
Uğura nail olmaq istəyi müsbət motivasiya hesab edilir. Belə bir motivasiyada insanın davranışları müsbət nəticələr almağa köklənir.
Uğursuzluqla qarşılaşmaq qorxusu isə mənfi motivasiya hesab edilir. Bu cür motivasiyada insan, ilk növbədə, ətrafdan qınaq almaqdan qorxur.
Hələ heç bir fəaliyyətə başlamamış insan fəaliyyətinin necə uğursuzluqla qarşılaşacağını fikirləşir və bunu necə dəf etməyi planlaşdırır.
Bu prroblemlər ətrafında çox saylı tədqiqatlar nəticəsində iki növ motivasiya müəyyən olmuşdur.
Müsbət motivasiyaya köklənənlər fəal, təşəbbüskar, yaranmış problemləri həll etmək bacarığına sabib insanlar olurlar. Onlar ətraf mühitin müdaxilələrindən az dərəcədə asılı olurlar.
Uğursuzluqla qarşılaşmaqdan qorxanlar isə ətraf mühitin müdaxilələrindən asılı olurlar, risk etməyi sevmirlər. Belə insanlar əksər hallarda bədbəxt hadisələrdən qorxurlar.