Qayda №1
İstənilən motivasiya-özünü motivasiya deməkdir. Motivasiya ya xoşagəlməzliklərdən, ağrıdan qaçmaq üçün, ya da məmnuniyyət hissi və ya nəticəyə nail olmaq üçün (təxirə salınmış məmnuniyyət hissi) mövcuddur.
Xoşagəlməzliklərdən qaçmaq üçün olan motivasiya (işdən qovulmaya və puldan məhrum olma) qısamüddətlidir, nəticə yönlü motivasiya isə uzunmüddətlidir. Süründürməçiliyin qarşısını almağın ən yaxşı üsulu – işi xoşagəlməzliklərdən yayınmaya istiqamətlənmiş fəaliyyətin nəticəsi kimi qurmaqdır, eyni zamanda iş vektoru lazımı istiqamətə yönəldilmiş olmalıdır.
Qayda № 1 -dən çıxan nəticə. Özünü motivasiya edə bilməyən insanı motivasiya etmək olmaz. Qərb və ya şərq mədəniyyətlərində fatalizm mövzusu ilə bağlı uzun müddət mübahisə etmək olar, amma özünü motivasiya edən insanlar adətən əmin olurlar ki, onların taleləri öz əllərindədir. Müxtəlif inanclar və mövhumat bu əminliyi qırır, şübhə altına salır (ya da yalançı əminlik yaradır) və özünü motivasiyaya mənfi təsir göstərir.
Qayda № 2
Narazılıq hissi olmayan yerdə motivasiya mövcud deyil. Standart formula: Motivasiya= Cari situasiyadan narazılıq+ arzulanan nəticə haqqında təsəvvür+ bu nəticəyə necə nail olmaq haqqında bilgi. Bir çoxları iddia edir ki, narazılıq daxildən gəlməlidir, əgər o xaricdən gəlirsə yaxşı halda bu illüziya, pis halda isə paxıllıqdır.
Qayda № 3
Arzulanan nəticə haqqında təsəvvürlər zaman ötdükcə təkamül edir, amma hansı nəticəni əldə etmək istədiyinin dərk edilməsi daxildən gəlməlidir. Saxta hədəflərə nail olma prosesindən pis heç nə ola bilməz. Həqiqətən də nə istədiyini bilən insan, çətin ki, bunu sizə olduğu kimi deyəcək və sizin təşkilatın uzunmüddətli hədəfləri ilə insanın məqsədlərinin üst-üstə düşməsini güman etmək sadəcə sadəlövhlük olardı.
Qayda № 3-dən çıxan nəticə 1. Bunun əksini iddia edən insanlar yalan danışır.
Qayda № 3-dən çıxan nəticə 2. Özlərinə müstəqil şəkildə hədəf təyin edə bilməyən insanlar onu xaricdə axtarır. Başqalarını təkrarlamaq əsasında qurulmuş, saxta planlar məhz burdan irəli gəlir.