Menecerlər həmişə öz nazərətlərində olan işçilərin maksimum özlərini işə vermələrini istəyirlər. Lakin buna nail olmaq heçdə asan deyildir. Çünki işçi əgər gördüyü işdən zövq almırsa, onu görməklə hansısa ehtiyacının (ola bilər mənəvi) ,tələbinin yerinə yetirmiş hesab etmirsə o zaman o işini heç vaxt yüksək səviyyədə görməyə səy göstərən deyildir.
Fərz edək ki, biz qərar vermişik işçinin motivasiyasını qaldıraq, buna necə nail olmaq olar? Hər bir insanın işə marağını , bağlılığını artırmaq üçün individual yanaşma lazımdır. Biz sizə 40 motivasiya faktorlarını təqdim edirik, hər bir işçiyə uyğun onların seçilməsi və tətbiq edilməsi artıq sizin üzərinizə düşür.
Pul motivləri
1 Əməkhaqqının baza hissəsi, onun həcmi və işin çətinliyinə müvafiqliyi
2 Əməkhaqqının artma perspektivləri
3 Təkmilləşmə, əmək stajı və təşkilat qarşısındakı xidmətlərə görə daimi artırmalar.
4 Əməyin ödənilməsi sisteminin şəffaflığı və aydınlığı: «ağ» əmək haqqı
5 Əməkhaqqının əsas hissəsindən cərimə və digər tutulmalardan olması
6 Nəticələrə görə ödənişlər, mükafatlar: almaq deyil, qazanmaq imkanı
7 Təşkilatda əlavə qazanmaq imkanı (layihələrdə iştirak, qrantlar, və s).
8 Müəssisənin sahibliyində təmsil olunma hüququ (gəlirdən faizlər, səhmlərdən gələn divident).
Təbii Motivlər
9 Təşkilat tərəfindən zəmanət verilmiş imtiyazlar, sosial paketin tərtib olunması
10 Əməyin nəticəsinə görə maddi, lakin qeyri pul mükafatlanması (güzəştlər, imtiyazlar, qiymətli hədiyyələr, təhsil və s)
11 Təşkilat hesabına təhsil və inkişaf
12 Əməyin fiziki təşkili və şəraiti, iş yerinin təchizatı
Mənəvi motivlər
13 Qeyri rəsmi status, təşkilatda nüfuz və hörmət sahibi olma, bu statusu artırmaq imkanı
14 Psixoloji mühit, kollektivdə şəxsiyyətlər arası münasibətlər
15 İşin əhəmiyyəti və vacibliyi, onun digər insanların həyatında oynadığı rol və faydalılığı (istehlakçılar, şəhər, ölkə və s)
16 Təşkilatın prestiji, onun məşhurluğu, imic və reputasiyası.
17 İdarəetmə sistemi, rəhbərini şəxsiyyəti, əməkdaşlara qarşı hörmət və etimad.
18 Korporativ mədəniyyət, ümum qəbul olunmuş dəyərlər, təşkilatı davranışla bağlı qaydalar və normalar.
19 Təşkilatda maraqlı və sevincli hadisələr, korporativ tədbirlər, mərasimlər, bayramlar, müsabiqələr, ənənələr, adət halını almış tədbirlər, birgə istirahət.
20 Rəhbərlər və həmkarlar tərəfindən xidmətlərin etiraf edilməsi (mənəvi dəstək, qiymətli hədiyyələr, prizlər, fəxri adlar və s)
Təşkilati motivlər
21 Əməyin məzmunu, onun rəngarəngliyi, fərqliliyi, maraqlılığı.
22 Işdə yaradıcılıq və özünüifadə imkanı
23 Iş prosesində peşəkar yüksəliş (artım) imkanları
24 Şəxsi effektivliyin, keyfiyyət və xüsusiyyətlərin inkişafını tələb edəcək, kifayət qədər çətin və gərgin iş prosesi.
25 Işdə sərbəstlik və müstəqillik, sərt nəzarətin mövcud olmaması
26 Komandada iş, iş yoldaşları və həmkarlar ilə ünsiyyət və qarşılıqlı münasibətlər qurulması imkanları
27 Xarici sosial kontaktlar, müştərilər, tədarükçülər, kompaniyanın tərəfdaşları və şəriklər ilə qarşılıqlı təsir və ünsiyyət.
28 İşə qarşı sərt tələblər, açıq aydın formalaşdırılmış xidməti funksiyalar, əmək məqsədləri və tapşırıqları.
29 Kollektivdə sağlam rəqabət mühiti, iş nəticələrinin qarşılıqlı müqayisə etmək və tutuşdurmaq imkanı.
30 Adekvat iş yükü, real planlar, normal əmək və istirahət rejimi, asudə vaxt (iş qrafiki, istirahət günləri, məzuniyyət)
31 Kollektivdə əməyin ümumi təşkili, təşkilatda nizam intizam və qayda qanun, şirkət daxili qarşılıqlı münasibətlər, biznes-proseslərin keyfiyyəti.
32 Vaxtlı-vaxtında nəticələr haqqında informasiya əldə olunması, mütəmadi və səlis əks-əlaqə
33 Vəzifənin, sizin gördüyünüz işin vacibliyi, onun təşkilatın ümumi fəaliyyətinin son nəticəsinə təsiri (məhsullar, xidmətlər).
Paternalist motivlər
34 Rəhbər tərəfindən diqqət və qayğı
35 Işdə stabillik, məşğulluğun təminatı, səhərki günə əminlik hissi
İdarəetmə motivləri
36 Vəzifə boyu irəliləmə imkanı, karyera postu
37 Tutduğunuz vəzifə, təşkilatdakı mövqe
38 Kifayət qədər geniş səlahiyyətlər və məsuliyyət, öz əməyinin nəticəsinə görə özünün məsuliyyət daşıyaraq, cavabdeh olması imkanları, qərarlara şəxsən təsir etmək imkanı
39 Təşkilatın problemlərinin müzakirəsində və həllində iştirak imkanları, əməkdaşların rəylərinin nəzərə alınması, ağıllı təşəbbüslərin dəstəklənməsi
40 Əməkdaşlara vaxtlı-vaxtında, bütünlüklə və dürüst informasiya verilməsi (tədbirdəki situasiyalar, rəhbərliyin planları, inkişaf perspektivləri barədə).