26 C
Baku
Wednesday, April 24, 2024

“Motorola” yeni “ağıllı” saatını təqdim edib – Qiyməti $100

“Motorola” şirkəti yeni “Moto Watch 100” ağıllı saatını təqdim edib.

Banker.az xəbər verir ki, yenilik artıq sifariş üçün əlçatandır. Aksesuarın sadə versiyasının qiyməti 100 dollar təşkil edir.

“Moto Watch 100” 42 mm-lik dairəvi alüminium korpus və 1.3 düymlük LCD displeylə təchiz edilib. Şirkət cihazda “Wear OS” əməliyyat sistemindən imtina edərək öz “Moto Watch OS”dən istifadə etdiyini əlavə edib.

Moto Watch 100.jpg2

Bildirilir ki, saat bir şarjla iki həftəyə qədər işləyir. Yeniliyin digər texniki xüsusiyyətlər hələki açıqlanmayıb. “Moto Watch 100” addımları, nəbzi, ürək döyüntülərinin sayını və qandakı oksigenin miqdarını ölçməklə yanaşı, yuxunun keyfiyyətini də izləyir.

Saatla işləmək üçün “Motorola” ayrıca tətbiq yaratmağı planlaşdırır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər