22 C
Baku
Thursday, April 25, 2024

“Motorola” yeni qatlanan smartfonlar təqdim edib – Razr 40 və Razr 40 Ultra

1 iyunda “Motorola” yeni qatlana bilən qabaqcıl smartfonlarını – “Razr 40” və “Razr 40 Ultra” modellərini təqdim edib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Şimali Amerikada bu modellər müvafiq olaraq “Razr” və “Razr+” adları altında buraxılacaq.

download 3

“Razr 40” modeli 6.9 düymlük AMOLED displeyi, Snapdragon 7 Gen 1 prosessoru, 8 və ya 12 Gb operativ yaddaş, 128 və ya 256 Gb daxili yaddaş və 4200 mAh tutumlu batareya alıb. Smartfonun qiyməti konfiqurasiyadan asılı olaraq 3999 və 4299 yuan təşkil edir.

Daha baha qiymətə olan “Razr 40 Ultra” 6.9 düymlük AMOLED displeyi, Snapdragon 8 Gen 1 prosessoru, 8 və ya 12 Gb operativ yaddaş, 256 və ya 512 Gb daxili yaddaş və 3800 mAh tutumlu batareya alıb. Smartfonun qiyməti konfiqurasiyadan asılı olaraq 5699 və 6399 yuan təşkil edir. Yeniliklər 2023-cü il 5 iyun tarixində satışa çıxacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər