10 C
Baku
Thursday, December 12, 2024

Moving Average, MA- dəyişən ortaq hədd

Dəyişən ortaq trend indikatorlarına aiddir.

(Moving Average, MA) dəyişən ortaq indikatoru müəyyən zaman müddəti ərzində qiymət alətinin ortaq qiymətini (rəqəmini) göstərir. Moving Average hesablaması zamanı müəyyən müddət intervalı ərzində həmin alətin qiymətlərinin riyazi ortalaması çıxarılır. Qiymətin dəyişməsindən asılı olaraq onun orta qiyməti ya azalır, ya da artır.

Dəyişən ortaq

ma25

Bu texniki indikatordan istifadə zamanı yaxşı olar ki, treyder nəzərə alsın ki:

  • Dəyişən ortaq həddin müddəti nə qədər çox olarsa, o qiymət dəyişikliyinə bir o qədər az həssas olacaqdır;
  • Olduqca qısa müddətli interval ərzində çıxarılmış dəyişən ortaq isə daha böyük miqdarda yanlış siqnallar törədəcək;
  • Həddindən artıq böyük müddət üçün çıxarılmış dəyişən ortaq daima ləngiyəcək
  • Trend maili olanda, mütləq böyük müddətliliyə malik dəyişən ortaq tətbiq etmək lazımdır

Dəyişən ortaq həddin dörd variantı fərqləndirilir:

  • Simple Moving Average (SMA) — sadə dəyişən ortaq hədd – sadəcə müəyyən miqdarda vahidlərin dövrləri ərzində qeydə alınan alətin bağlanış qiymətlərinin toplayıb, həmin dövrlərin sayına bölməklə müəyyən olunur (məsələn 34 saat ərzində);
  • Exponential Moving Average (EMA) — eksponensial dəyişən ortaq – bundan öncəki dəyişən ortaq həddin qiymətinin üzərinə cari bağlanış qiymətinin müəyyən payını əlavə etməklə müəyyən olunur. Eksponensial dəyişən ortaq istifadə olunanda, onda sonuncu bağlanış qiymətləri daha çox çəkiyə malik olurlar.
  • Smoothed Moving Average (SMMA) — səlisləşdirilmiş dəyişən ortaq sadə dəyişən ortaq əsasında hesablanır, amma qiymət fluktuasiylarına (sıçrayışlarına) qarşı daha dayanaqlı göstərir özünü.
  • Linear Weighted Moving Average (LWMA) — xətti-ölçülmüş dəyişən ortaqda sonuncu məlumatlara daha çox, əvvəlkilərə isə daha az çəki verilir. Ölçülmüş dəyişən ortaq hər bağlanış qiymətinin müəyyən edilmiş çəki əmsalına vurmaqla hesablanır.

Qrafik analizi zaman dəyişən ortaqlar iki əsas siqnal formalaşdıra bilər:

Dəyişən ortaq həddin qiymət qrafiki ilə kəsişdiyi nöqtə adətən alış siqnalı yaradır, o halda ki, əgər qiymət dəyişən ortaq həddi aşağıdan yuxarı doğru kəsmiş ola, satış siqnalı isə o zaman formalaşır ki, qiymət dəyişə ortaq həddi yuxarıdan aşağıya doğru kəssin.

Qiymət dəyişən ortağı aşağıdan yuxarıya kəsir

ma 1

Qiymət dəyişən ortağı yuxarıdan aşağı kəsir

ma 1 1

– dəyişən ortağın ümumi istiqaməti hazırkı anda qüvvədə olan trendi göstərir, ona görə də yalnız cari trend istiqamətində orderlərin açılması tövsiyə olunur.

Enən trend

ma 2
Yüksələn trend

ma 2 1

Son xəbərlər
Digər xəbərlər