Türkiyə və Ermənistan arasında çarter reysləri bərpa ediləcək.
Banker.az “RİA.ru”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Türkiyə və Ermənistan arasında münasibətləri yaxşılaşdırmaq üçün çarter reysləri açılacaq”, – deyə nazir söyləyib.
Xatırladaq ki, Türkiyə və Ermənistanın diplomatik əlaqələri yoxdur, iki ölkə arasındakı sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Münasibətlərin kəskinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və Osmanlı imperiyasında 1915-ci il erməni soyqırımının beynəlxalq aləmdə tanınması prosesində Türkiyənin kəskin reaksiyası səbəb olub.