26 C
Baku
Saturday, July 27, 2024

Mövlud Çavuşoğlu Gürcüstanlı səfirlə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstanın bu ölkədəki səfiri Giorgi Cancğava ilə görüşüb.

Bu barədə Gürcüstanın Türkiyədəki səfirliyindən bildirilib.

Tərəflər ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, həmçinin ticari-iqtisadi əlaqələri və bölgədəki vəziyyəti müzakirə ediblər.

Görüşdə Türkiyə və Gürcüstan arasında dostluq münasibətləri və strateji tərəfdaşlığın müsbət dinamikasından məmnunluq ifadə olunub.

M.Çavuşoğlu Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və Avroatlantik strukturlara inteqrasiyasına qətiyyətli dəstəyini təsdiqləyib.

Sonda tərəflər hər iki ölkənin rifahı və əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi naminə fəaliyyətlərin davamı ilə bağlı razılıq əldə ediblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər