27 C
Baku
Tuesday, July 23, 2024

Mövlud Çavuşoğlu: “Türkiyə Krımın qanunsuz ilhaqını tanımır”

“Biz Krımın qanunsuz ilhaqını tanımırıq”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyadakı çıxışında deyib.

O bildirib ki, rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində prinsipial mövqe tutur: “Türkiyə balanslaşdırılmış xarici siyasət kursunu davam etdirəcək. Doğrudur, biz NATO üzvüyük. Amma ölkəmizin milli maraqları bizim üçün həmişə prioritetdir”.

Nazirin sözlərinə görə, həm Moskva, həm də Kiyev Türkiyəyə etimad göstərir: “Təsadüfi deyil ki, Ukraynadakı münaqişə tərəfləri əsirlərin mübadiləsi, eləcə də Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafındakı vəziyyətlə bağlı Ankaraya üz tutdular”

Son xəbərlər
Digər xəbərlər