12 C
Baku
Wednesday, December 11, 2024

Mövlud Çavuşoğludan Əfqanıstanla bağlı açıqlama

“Taliban” da daxil olmaqla bütün tərəflərlə dialoqumuza davam edirik”.

“Haber Global” məlumat verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Türkiyə bu günə qədər “Taliban” tərəfindən verilən mesajları müsbət qiymətləndirib.

“Əfqanıstanın iqtisadi inkişafına, sabitliyinə, sülhünə və əmin-amanlığına dəstək verməyə davam edəcəyik”, – deyə o vurğulayıb.

Türkiyəli nazir vətəndaşların təxliyəsi məsələsinə də toxunub:

“Təhlükəsizlik tam təmin edildikdən sonra təxliyə davam edəcək. Təkcə öz vətəndaşlarımızın deyil, başqa ölkələrin vətəndaşlarının da təxliyəsinə kömək edirik”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər