9 C
Baku
Thursday, December 12, 2024

“Mozilla”nın baş direktoru bu ilin sonunda vəzifəsini tərk edəcək

“Mozilla”nın baş direktoru Chris Beard bildirib ki, vəzifəsini 2019-cu ilin sonuna kimi icra edəcək. O qeyd edib ki, “Mozilla” çox işlər görüb və hal-hazırda bazarda ən yaxşılardan biridir – idarəçiliyi ötürməyin tam zamandır. Beard fasilə verib güc toplamağı daha sonra nə işlə məşğul olmaq barədə qərar verməyi düşünür.

Şirkət onun yerinə adam axtarmağa başlayıb. Əgər ilin sonuna kimi uyğun namizəd tapılmasa “Mozilla”nın baş direktoru vəzifəsini müvəqqəti olaraq şirkətin icraçı direktoru Mitchell Baker həyata keçirəcək. Chris Beard isə onun və direktorlar şurasının məsləhətçisi olacaq.

Chris Beard “Mozilla”ya 2004-cü ildə gəlib. Bunu CNET  yazır. 2013-cü ildə o, marketinq direktoru işini tərk edir, 2014-cü ildə isə şirkətə baş direktor kimi qayıdır. Beard-ın rəhbərliyi altında “Mozilla Firefox OS”-dan imtina edib.

©Bizplus.az

Son xəbərlər
Digər xəbərlər